...

"Barselona"da daha bir Messi

İdman Materials 22 Sentyabr 2014 17:16 (UTC +04:00)
"Barselona"nın hücumçusu Lionel Messinin 6 yaşlı qardaşı oğlu Aqustin Kataloniya futbol klubunun məktəbində oxuyacaq.
"Barselona"da daha bir Messi

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

"Barselona"nın hücumçusu Lionel Messinin 6 yaşlı qardaşı oğlu Aqustin Kataloniya futbol klubunun məktəbində oxuyacaq.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, o, Messinin böyük qardaşı Rodriqonun oğludur.

Aqustin "Barselona"da 6 yaşdan 11 yaşadək uşaqlar arasında oynayacaq. Bunun üçün o, lazımi testlərdən keçib və komandaya qəbul olunub.

Əmisindən fərqli olaraq Aqustinin sağ ayağı işləkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti