...

Şəhər günündə velosiped bayramı (FOTO)

İdman Materials 22 Sentyabr 2014 18:41 (UTC +04:00)
Sumqayıt şəhərinin 65 illiyi münasibətilə təşkil edilən tədbirlər proqramı çərçivəsində bu gün "Gənclik şəhəri"ndə Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həvəskarlar arasında veloyürüş keçirilib.
Şəhər günündə velosiped bayramı (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Sumqayıt şəhərinin 65 illiyi münasibətilə təşkil edilən tədbirlər proqramı çərçivəsində bu gün "Gənclik şəhəri"ndə Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həvəskarlar arasında veloyürüş keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, ardıcıl 4-cü ildir baş tutan yürüşdə müxtəlif yaş qrupuna aid 150-dən artıq həvəskar velosipedçi iştirak edib.

Yürüşü izləyənlər arasında Sumqayıt şəhər İH-nin başçısı Eldar Əzizov da olub. İştirakçılar Sumqayıt küçələri ilə 10 km məsafə qət ediblər. Maraqlı mübarizə şəraitində keçən yürüşün qalibləri pul mükafatı və digər qiymətli hədiyyələrlə təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti