...

Meksika klubunun məşqçisi və futbolçusu cinayətkar hücumunun qurbanı olublar

İdman Materials 29 Sentyabr 2014 11:12 (UTC +04:00)
Meksika çempionatının üçüncü divizionunda təmsil olunacaq Meksikanın “Avispones” klubunun məşqçisi və futbolçusu ölkənin şimalında yerləşən İquala şəhərində hücum nəticəsində qətlə yetiriliblər.
Meksika klubunun məşqçisi və futbolçusu cinayətkar hücumunun qurbanı olublar

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Meksika çempionatının üçüncü divizionunda təmsil olunacaq Meksikanın "Avispones" klubunun məşqçisi və futbolçusu ölkənin şimalında yerləşən İquala şəhərində hücum nəticəsində qətlə yetiriliblər. Komandanın olduğu avtobus cinayətkarların hücumuna məruz qalıb. Trend xəbər verir ki, bu barədə "espndeportes.com" saytı xəbər yayıb.

Hakimiyyətin məlumatına görə, cümə günü baş verən hücum nəticəsində iki nəfər - məşqçi Pedro Renteria və 15 yaşlı oyunçu David Qarsiya Yevangelista həlak olublar. Komandanın məşqçisinin köməkçisi Xorxe Leon Santos itkin düşənlər arasındadır. Bir neçə futbolçu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Meksikanın Futbol Federasiyası insidentlə bağlı bəyanat yayıb. Bəyanatda həlak olanların ailələrinə başsağlığı verilib və cinayətin təhqiqatının uğurla baş çatdırılacağına ümid ifadə edilib.

Çempionatda mübarizənin davam etdirilməsi ilə bağlı məsələ klubun prezidenti Mario Moreno Arkosun iştirakı ilə keçiriləcək iclasda həll olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti