...

Azərbaycanın sərbəst güləşçiləri Ramzan Kadırovun Kuboku uğrunda yarışacaqlar

İdman Materials 9 Oktyabr 2014 11:55 (UTC +04:00)
11-12 oktyabr 2014-cü il tarixdə Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Kuboku uğrunda sərbəst güləş üzrə VI beynəlxalq turnir keçiriləcək.
Azərbaycanın sərbəst güləşçiləri Ramzan Kadırovun Kuboku uğrunda yarışacaqlar

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

11-12 oktyabr 2014-cü il tarixdə Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Kuboku uğrunda sərbəst güləş üzrə VI beynəlxalq turnir keçiriləcək.

Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, məşqçilər David Kurtsiya və Nazim Əlicanovun rəhbərliyi altında turnirdə Azərbaycan yığma komandasının 8 üzvü iştirak edəcək.

Heyətdə Namiq Sevdimzadə (57 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslan Dzebişov (125 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.

Turnirin proqramına əsasən, ilk gün 57, 65, 74 və 97 kq, ikinci gün isə 61, 70, 86 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti