Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisinin təsdiqi gələn ay müzakirə olunacaq.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, qurumun İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 3-də AFFA-nın inzibatı binasında keçiriləcək.
Gündəliyə aşağıdakı məsələlər daxil edilib:
1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi.
2. Milli komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.
5. Lisenziyalaşdırma qrupunun məlumatı.
6. Digər məsələlər.