...

Azad Rəhimov BOK-un növbəti sessiyasında iştirak edəcək

İdman Materials 8 Dekabr 2014 12:12 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov Monakoda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 127-ci sessiyasında iştirak etmək məqsədi ilə bu ölkəyə rəsmi səfərə yola düşüb.
Azad Rəhimov BOK-un növbəti sessiyasında iştirak edəcək

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Gənclər və idman naziri Azad Rəhimov Monakoda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 127-ci sessiyasında iştirak etmək məqsədi ilə bu ölkəyə rəsmi səfərə yola düşüb. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sessiyada üç əsas - davamlılıq, etimad göstərmə və gənclər mövzularını özündə əhatə edən "Olimpiya 2020" gündəliyinin təqdim olunması nəzərdə tututlur.

Sessiyada eyni zamanda, gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyinə seçim prosesində, xüsusi ilə ev sahibliyi edəcək regionun sosial, ətraf mühit və uzunmüddətli inkişaf planında mümkün yeni strategiyalar, Olimpiya Proqramı ilə bağlı prosedura müəyyən dəyişikliklər edilməsi mövzuları ətrafında müzakirələr nəzərdə tutulur.

Eyni zamanda 127-ci sessiyada Olimpiya dəyərlərinin və idmanın il boyu dünyada təbliği məqsədi ilə Olimpiya TV kanalının yaradılması və s mövzular da diqqət mərkəzində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti