...

Ronalda yenə də futbol oynaya bilər

İdman Materials 13 Dekabr 2014 10:40 (UTC +04:00)
Braziliya yığmasının tərkibində ikiqat dünya çempionu 38 yaşlı hücumçu Ronaldo ABŞ-da futbolçu karyerasını bərpa edə bilər.
Ronalda yenə də futbol oynaya bilər

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Braziliya yığmasının tərkibində ikiqat dünya çempionu 38 yaşlı hücumçu Ronaldo ABŞ-da futbolçu karyerasını bərpa edə bilər. Trend-in məlumatına görə, bu barədə TASS agentliyi Braziliyanın "Estadao" saytına istinadən xəbər yayıb.

Ronaldonun həmtəsisçilərindən biri olduğu ABŞ-ın "Fort-Loderdeyl Straykere" klubunun tərkibində çıxış edəcəyi gözlənilir.

Sabiq forvard bildirib: "Mən komandanın formalaşdırılmasında, eləcə də klubun irəliyə getməsinə kömək edəcək aksiyalarda fəal iştirak edəcəyəm. Əminliklə deyə bilərəm ki, ABŞ-da futbol yüksəliş dövrünü yaşayır".

Braziliya futbolunun əfsanəsi olan Ronaldo tarixdə ən yaxşı oyunçulardan biridir. İkiqat dünya çempionu, FİFA-nın versiyasına görə dünyanın ən yaxşı futbolçusu mükafatının üçqat sahibidir. "Kruzeyro", PSV, "Barselona", "İnter", "Real", "Milan", "Korintians" klublarında çıxış edib. Karyerasını 2011-ci ildə Braziliyanın "Korintians" klubunda başa vurub. Braziliyada keçirilən 2014-cü il futbol üzrə dünya çempionatına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti