Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 16-cı turunun bəzi oyunları ilə bağlı qərarlar qəbul olunub.
Dekabrın 14-də Premyer Liqanın XVI turunun "Bakı" - "Xəzər Lənkəran" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Bundan başqa, "Qəbələ" - "Qarabağ" matçının 90+3-cü dəqiqəsində "Qəbələ" klubunun masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.