...

Yoahim Löv ilin məşqçisi seçildi

İdman Materials 12 Yanvar 2015 22:23 (UTC +04:00)
2014-ci ilin ən yaxşı kişi və qadın komandasının məşqçisi müəyyənləşib
Yoahim Löv ilin məşqçisi seçildi

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

2014-ci ilin ən yaxşı kişi və qadın komandasının məşqçisi müəyyənləşib.

Trend-in məlumatına görə, bu gün İsveçrənin Surix şəhərində keçirilən səsvermədə Almaniya millisinin çalışdırıcısı Yoahim Löv ötən ilin ən güclü məşqçisi seçilib.

Namizədlər arasında Y.Lövlə yanaşı, Karlo Ançelotti ("Real") və Dieqo Simeone ("Atletiko") var idi.

Y.Löv ötən il Almaniya millisi ilə "DÇ-2014"ün kubokunu qazanıb.

Qadın futbolunda ötən ilin ən yaxşı baş məşqçisi adına isə "Volfsburq"un çalışdırıcısı Nadin Kessler layiq görülüb. O, ötən il komandası ilə Almaniya liqası və Almaniya kubokunu qazanıb.

Xəbər lenti

Xəbər lenti