...

Premyer Liqa tarixinin ən yaxşı futbolçusu

İdman Materials 5 Fevral 2015 20:20 (UTC +04:00)
Kriştiano Ronaldo İngiltərə Premyer Liqası tarixinin ən güclü futbolçusu seçilib.
Premyer Liqa tarixinin ən yaxşı futbolçusu

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Məftun Salmanov/

Kriştiano Ronaldo İngiltərə Premyer Liqası tarixinin ən güclü futbolçusu seçilib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Premyer Liqanın tarixi 1992-ci ildən hesablanır. Məhz həmin tarixdən ölkə çempionatı Premyer Liqa adlanmağa başlayıb.

Madrid "Real"ının futbolçusu olan K.Ronado onlayn səsvermə nəticəsində bütün rəqiblərini qabaqlayıb. O, səslərin 24 faizini toplayıb.

Qeyd edək ki, portuqaliyalı 2003-2009-cu illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti