...

"AZAL medallar uğrunda mübarizəyə tam hazırdır"

İdman Materials 6 Fevral 2015 19:29 (UTC +04:00)
AZAL medallar uğrunda mübarizə aparmağa tam hazırdır.
"AZAL medallar uğrunda mübarizəyə tam hazırdır"

Azərbaycan, Bakı, 6 fevral /Trend/

AZAL medallar uğrunda mübarizə aparmağa tam hazırdır. Trend PFL-ə istinadən məlumat verir ki, bunu bu gün "Qəbələ" - AZAL oyunundan sonra "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov deyib.

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bildirib: "İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm. Nəticədən, oyundan narazıyam. Məğlub olduq. Məğlubiyyət bizim üçün bir materialdır. Mənim istədiyim bir plan, stil var. Bura intensiv hərəkətlər daxildir. Həmin proqramı futbolçuların orqanizmi qəbul etməldir. Vaxta ehtiyacımız var".

T.Əhmədov qeyd edib: "Vacib 3 xal qazandıq. Çox maraqlı bir oyun oldu. "Neftçi" ilə oyundan sonra bu oyunda da qələbə qazanmaq yaxşı oldu. Biz "Neftçi" ilə oyundan sonra "Qəbələ"yə məğlub olsaydıq, deyəcəkdilər ki, ilk qələbə təsadüfidir. AZAL bu gün göstərdi ki, yerlər uğrunda mübarizəyə tam hazırdır. Futbolda qələbə də var, məğlubiyyət də. Biz qələbə qazandıq və futbolçulara təşəkkür edirəm. Artıq biz bu oyunu yaddan çıxarmalı və "Qarabağ"la oyuna hazırlaşmalıyıq. Futbolda istək vacibdir. Biz hər oyuna istəklə çıxırıq. Oyunçularım matça yaxşı köklənir".

Qeyd edək ki, bu gün Premyer Liqanın XX turu çərçivəsində keçirilən "Qəbələ" - AZAL oyunu qonaqların minimal qələbəsi ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti