...

Rus futbolçular təlim-məşq toplanışı üçün Bakıya gələcəklər

İdman Materials 11 Fevral 2015 20:10 (UTC +04:00)
Rusiyanın yeniyetmələrdən (1998-ci il təvəllüdlü) ibarət yığması Bakıda təlim-məşq toplanışı keçirəcək.
Rus futbolçular təlim-məşq toplanışı üçün Bakıya gələcəklər

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Rusiyanın yeniyetmələrdən (1998-ci il təvəllüdlü) ibarət yığması Bakıda təlim-məşq toplanışı keçirəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, toplanış çərçivəsində rusiyalı futbolçular azərbaycanlı həmyaşıdları ilə yoldaşılıq oyunları keçirəcəklər.

Matçlar fevralın 18 və 20-nə planlaşdırılıb. Təlim-məşq toplanışı isə fevralın 14-21-i aralağında baş tutacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı keçirmək təklifi AFFA tərəfindən verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti