...

4-4-2 tələbi

İdman Materials 11 Fevral 2015 20:36 (UTC +04:00)
İspaniyanın "AS" qəzeti azarkeşlərin Madrid "Real"ının taktiki sistemi ilə bağlı mövqeyini öyrənmək üçün sorğu keçirib.
4-4-2 tələbi

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Məftun Salmanov/

İspaniyanın "AS" qəzeti azarkeşlərin Madrid "Real"ının taktiki sistemi ilə bağlı mövqeyini öyrənmək üçün sorğu keçirib.

Trend-in AS-a istinadən verdiyi məlumata görə, sorğu nəticəsində məlum olub ki, azarkeşlər 4-3-3 sisteminin komandaya uyğun gəlmədiyini düşünürlər.

Futbolsevərlər daha çox 4-4-2 taktiki sxeminə üstünlük verirlər. Onlar komandanın baş məşqçisi Karlo Ançelottidən "Kral" klubunu meydana bu sxemlə çıxarmağı tələb edirlər.

4-4-2 sxeminin lehinə respondentlərin 90,7 faizi səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti