...

"Barselona"nın oyunları 140 milyon avroya alındı

İdman Materials 17 Fevral 2015 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Məftun Salmanov/

"Barselona" rəhbərliyi İspaniya çempionatında oyunlarının yayım hüququnu "Telefonica" televiziya şirkətinə satıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, razılaşmanın dəyəri 140 milyon avro təşkil edib.

Razılaşma gələn mövsüm qüvvəyə minəcək, 2016/2017-ci il mövsümündən etibarən isə İspaniyada klubların oyunlarının yayım hüquqlarına sahib olmaq qadağan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti