...

Vaqif Sadıqovun namizədliyi irəli sürüldü

İdman Materials 18 Fevral 2015 15:40 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir.
Vaqif Sadıqovun namizədliyi irəli sürüldü

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, Nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq Peşəkar Futbol Liqası İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar hazırda PFL İcraiyyə Komitəsində 3 üzvlə təmsil olunur. Bununla əlaqədar Peşəkar Futbol Liqası tərəfindən hazırda Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti konfransında keçiriləcək.

V.Sadıqovun İK-ya namizədliyi Peşəkar Futbol Liqasına "Sumqayıt" Futbol Klubundan verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti