Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir Yelena Kosolapova/
Azərbaycanın Milli Gimnastika Arenası Avropa Oyunlarının keçirilməsinə tam hazırdır. Trend-in məlumatına görə, bunu Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman direktoru Pirs О'Kallahan Bakıda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əcnəbi qonaqlar qeyd edirlər ki, bu, indiyədək gördükləri ən yaxşı gimnastika arenasıdır: "Biz şübhə etmirik ki, arena altı növ üzrə yarışlara tam hazırdır".
P. О'Kallahan qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasının böyük texniki təcrübəsi var: "Federasiyada Olimpiya Oyunlarında hakimlik edən bir çox beynəlxalq hakim var. Bundan başqa, məşqçilər zəruri kvalifikasiyalara malikdirlər. Buna görə də qətiyyən şübhə etmirik ki, arena və önəmlisi, insanlar (Azərbaycan Gimnastika Federasiyasındakı - red.) lazımi səviyyədədirlər".