...

"Simurq" "Qəbələ"yə dərs keçdi, "Qarabağ" 3 qolla qalib gəldi (ƏLAVƏ OLUNUB)

İdman Materials 4 Mart 2015 20:51 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.
"Simurq" "Qəbələ"yə dərs keçdi, "Qarabağ" 3 qolla qalib gəldi (ƏLAVƏ OLUNUB)

"Qəbələ" - "Simurq" oyunu barədə məlumat əlavə olunub (ilk xəbər saat 19:02-də yayılıb)

zərbaycan, Bakı, 4 mart /Trend/

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

Trend-in məlumatına görə, "Neftçi" AZAL-ı sınağa çəkib. Futbolçuların səylərinə baxmayaraq, qapılar toxunulmaz qalıb - 0:0.

"Xəzər Lənkəran" səfərdə "İnter"in qonağı olub. Hesabı "bankirlər" açıblar: 41-ci dəqiqədə Mikel Alvaro fərqlənib. 69-cu dəqiqədə Asim Məmmədov son nöqtəni qoyun - 2:0.

"Qarabağ" "Bakı"nı qəbul edib. Ağdam təmsilçisi oyuna fəal başlayıb. 6-cı dəqiqədə Reynaldo fərqlənib. 24-cü dəqiqədə Vüqar Nadirov hesabı artırıb. 32-ci dəqiqədə isə Reynaldo dubl edib - 3:0.

"Qəbələ" isə doğma meydanda "Simurq"la qarşılaşıb. Qonaqların heyətində Draqan Çeran əvvəlcə 11-ci dəqiqədə hesabı açıb, 55-ci dəqiqədə isə dubl edib. 2 dəqiqə sonra Benjamin Lambot fərqi 3 topa çatdırıb - 0:3.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti