...

Azərbaycan gimnastları təsnifat mərhələsində birinci yeri tutublar

İdman Materials 5 Mart 2015 17:26 (UTC +04:00)
Azərbaycanlı gimnastlar Ulyana Dyakova və Anatoli Leonov gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında statik və dinamik hərəkətlərin nəticələrinə görə təsnifat mərhələsində birinci yeri tutublar.
Azərbaycan gimnastları təsnifat mərhələsində birinci yeri tutublar

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Maksim Tsurkov/

Aerobika üzrə qarışıq cütlüklərin yarışında çıxış edən azərbaycanlı gimnastlar Ulyana Dyakova və Anatoli Leonov gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında statik və dinamik hərəkətlərin nəticələrinə görə təsnifat mərhələsində birinci yeri tutublar.

Trend-in məlumatına görə, hər iki növ proqramda birinci yeri tutan U.Dyakov və A.Leonov 54.536 bal toplayaraq Bolqarıstandan olan yaxın izləyicilərini 1.180 bal qabaqlayıblar.

İki növ hərəkətin nəticələrinə görə qızıl medal dəstləri uğrunda mübarizə sabah davam edəcək.

Bədii gimnastika üzrə qrup yarışlarında 5 lentlə çıxışlardan sonra Azərbaycan yığması 15.783 bal toplayaraq üçüncü yeri tutub. Birinci yeri 18.166 balla Rusiya, ikinci yeri isə 16.400 balla Fransiya yığması tutur. Azərbaycanın ikinci komandası 14.800 balla dördüncüdür.

Bu növ proqram üzrə qaliblər 3 cüt gürz və 2 halqa ilə hərəkətlərdən sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti