Nəticələr əlavə olunub (ilk xəbər saat 18:22-də yayılıb)
Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycan gimnastı Marina Durunda Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında bədii gimnastika üzrə çoxnövçülükdə gümüş medal qazanıb.
Trend-in məlumatına görə, M.Durunda proqramın bütün 4 növünün yekunu üzrə 70.499 bal toplayıb. Qızıl medalı titullu Rusiya gimnastı Yana Kudryavtseva (76.115 bal) qazanıb. Bürünc isə Azərbaycanın digər idmançısı Gülsüm Şəfizadəyə (68.365 bal) qismət olub.
Qadınlar arasında akrobatika üzrə qrup yarışmalarının təsnifatında Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət Azərbaycan komandası Almaniyanı qabaqlayaraq 26.880 balla qızıl medala yiyələnib. Alman gimnastların hesabında isə 23.866 bal olub.
Qeyd edək ki, çempionatda bu proqram növündə iki ölkə təmsil olunub.