...

Namiq Əliyev: "Hakimlərin kobud səhvləri finala qədər irəliləməyimizə imkan vermədi"

İdman Materials 10 Mart 2015 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

"Qadın güləşçilərimizin Dünya Kubokundakı nəticələri bizi məyus etdi".

Trend xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O, qadın güləşçilərimizin bu yaxınlarda Sankt-Peterburqda keçirilmiş Dünya Kuboku yarışlarındakı çıxışını dəyərləndirərkən nəticələrə hakim səhvlərinin ciddi təsir göstərdiyini bildirib: "Düzü, nəticə bizi məyus etdi. Çünki daha yaxşı yerlər uğrunda mübarizə apara bilərdik. Sadəcə, hakimlərin kobud səhvləri bizim finala qədər irəliləməyimizə imkan vermədi. Qeyd edim ki, 2 hakim etdiyi səhvə görə yarışlardan kənarlaşdırıldı. Amma bu heç nəyi dəyişmir. Yekunda məğlubiyyətlə barışmalı olduq. Amma ümumilikdə qadın güləşçilərimizin çıxışından razıyam".

N.Əliyev kişi güləşçimiz Toğrul Əsgərovun zədəsi ilə bağlı da açıqlama verib: "Toğrulun Minskdə keçirilən turnirdəki çıxışından razı qaldım. Sadəcə, yüngül zədəsi olduğuna görə yarışları davam etdirməsini lazım bilmədik. Əsgərovun öz işinə münasibəti bizi sevindirir, o, əsl peşəkardır. Əminəm ki, Avropa Oyunlarında ümidlərimizi doğruldacaq. Tezliklə əvvəlki Toğrul Əsgərovu görəcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti