...

FHN-in Akademiyasının kursantlarından yüksək nəticələr

İdman Materials 11 Mart 2015 15:13 (UTC +04:00)
FHN-in Akademiyasının kursantları XII Respublika Universiadasında yüksək nəticələr əldə ediblər.
FHN-in Akademiyasının kursantlarından yüksək nəticələr

Azərbaycan, Bakı, 11 mart /Trend/

Martın 10-da "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının kursantları yüksək nəticələr əldə ediblər.

İdman cüdo növü üzrə keçirilən yarışlarda FHN-in Akademiyasının kursantı Ülvi Sadıqzadə 81 kq çəki dərəcəsində çempion olub, Emil Hüseynli isə 100 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

Hər iki idmançı yarışlara FHN-in İdman-sağlamlıq klubunun cüdo müəllimi Rasim Babayevin rəhbərliyi ilə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti