...

Azərbaycan - Malta oyununu türklər idarə edəcək

İdman Materials 25 Mart 2015 14:48 (UTC +04:00)
Azərbaycan - Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Azərbaycan - Malta oyununu türklər idarə edəcək

Azərbaycan, Bakı, 25 mart /Trend/

Avro-2016-nın seçmə mərhələsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Trend-in məlumatına görə, oyunun baş hakimi Halis Özkahya, onun köməkçiləri Cem Satman, Ekrem Kan, dördüncü hakim isə Kemal Yılmaz olacaq.

Əlavə hakim köməkçiləri Mete Kalkavan, Tolqa Özkalfa təyin olunub.

Hakimlər briqadası Türkiyədəndir.

Hakim-inspektor Covanni Boloqnino (İtaliya), UEFA nümayəndəsi isə Darius Pavel Dziekanovski (Polşa) olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti