Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İlkin İzzət/
Polşanın Valbrzix şəhərində güləş üzrə keçirilən U-23 Avropa çempionatında (AÇ-2015) bu gün qadın güləşçilər mübarizəyə qoşulacaq.
Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.
Çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaq. Yığmamız 3 çəki dərəcəsində təmsil olunacaq.
48 kq
1/8 final - Nadejda Fedorova (RUS) - Patimat Baqomedova
55 kq
1/8 final - Alyona Kolesnik - Anastasiya Krasnova (EST)
69 kq
1/8 final - Martina Kuenz (AUT) - Elis Monolova
İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.