Azərbaycan, Bakı, 30 mart /Trend/
Hollandiyanın əfsanəvi futbolçusu Yohan Kroyf Avro-2016-nın seçmə mərhələsi çəçivəsində keçirilmiş Hollandiya - Türkiyə (1:1) matçını şərh edib.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, Y.Kroyf bildirib ki, Hollandiya qorxunc oyun göstərdi: "Müdafiəçilər topu xavbeklərə, onlar isə geriyə ötürürdülər. Oyunu yaradıcılığı aşağı səviyyədə olan oyunçular aparmaq istəyirdi".
O, əlavə edib ki, Hollandiya yığmasının bütün səviyyələrdə problemləri var: "Onları necə həll edəcəyimizi bilmirəm. Futbolumuzun problemi məşqçilərin təhsilindədir. Dəyişikliklərin vaxtı çatıb. Türkiyəyə qarşı oyun əsl biabırçılıq idi".