...

Azərbaycanın 4 güləşçisi ilk 10-luqdadır

İdman Materials 2 Aprel 2015 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyasını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Son dünya çempionatının gümüş mükafatıçısı Xetaq Qazyumov (97 kq) ötən ay keçirilən Aleksandr Medvedin xatirə turnirində qalib olaraq reytinqdəki mövqeyini qoruyub. Dünya çempionu Hacı Əliyev isə ötən ay yarışlara 65 kq çəkidə qatıldığına görə reytinq siyahısındakı mövqeyində dəyişiklik baş verib. Belə ki, 61 kq çəkidə 2-ci yerdə olan Hacı Əliyev 65 kq-da 12-ci sırada qərarlaşıb. Bundan başqa, ilk onluqda Məhəmməd Müslümov (65 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifovun (97 kq) da adı var.

57 kq
15. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (13)

65 kq
4. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (6)
12. Hacı Əliyev - Paris Qran Pri turniri 3-cü yer (2@61)

70 kq
12. Ruslan Dibirhacıyev - Paris Qran Pri turniri 3-cü yer (10)

74 kq
9. Cəbrayıl Həsənov - R.Kadırov Kuboku 3-cü yer (10)

86 kq
12. Həmzət Osmanov - DÇ 5-ci yer (8)
19. Məhəmmədhacı Xatiyev - U-23 AÇ 2-ci yer (nr)

97 kq
2. Xetaq Qazyumov - A.Medved turniri 1-ci yer (2)
5. Şərif Şərifov - A.Medved turniri 2-ci yer (6)
20. Nurməhəmməd Hacıyev - U-23 AÇ 2-ci yer (nr)

125 kq
11. Cəmaləddin Məhəmmədov - Paris Qran Pri turniri 2-ci yer (11)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Xəbər lenti

Xəbər lenti