...

Ərəblərdən məşqçiyə inanılmaz təklif

İdman Materials 10 Aprel 2015 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Səudiyyə Ərəbistanının Futbol Federasiyası argentinalı məşqçi Marselo Bielsaya iri məbləğdə maaş təklif edib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, M.Bielsa Səudiyyə Ərəbistanı millisini çalışdırmağa razı olsa, 8 ildə 80 milyon avro qazanacaq.

Argentinalı mütəxəssis hazırda Fransanın "Marsel" komandasının baş məşqçisidir. Məlumata əsasən, 59 yaşlı məşqçi ərəblərin təklifini qəbul edib. Mövsüm başa çatdıqdan sonra o, vəzifəsinin icrasına başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti