Azərbaycan, Bakı, 16 aprel /Trend/
Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub.
Trend-in məlumatına görə, "Portu" öz meydanında "Bavariya"nı qəbul edib. Matçın favoriti Münhen klubu olsa da, Portuqaliya təmsilçisinin inamlı oyunu nəticədə özünü göstərib. "Portu" aralarındakı qarşılaşmalarda ilk dəfə olaraq öz meydanında "Bavariya"nı məğlub edib (3:1).
Digər görüşdə isə PSJ və "Barselona" klubları üz-üzə gəlib. Oyun "Barselona"nın üstünlüyü ilə keçib. Oyun 3:1 ispanların xeyrinə bitib.