...

Yeniyetmə güləşçilərin Azərbaycan çempionatının seçim turnirləri keçirilir

İdman Materials 30 Aprel 2015 14:35 (UTC +04:00)
Sərbəst və yunan-Roma güləşi üzrə 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək.
Yeniyetmə güləşçilərin Azərbaycan çempionatının seçim turnirləri keçirilir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlkin İzzət/

Sərbəst və yunan-Roma güləşi üzrə 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə 25 aprel-8 may tarixləri arasında AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilir.

Aprelin 25-26-da AGF-nin 3, 5 və 6 saylı nümayəndəliklərində seçim yarışları keçirilib. 2 və 4 saylı nümayəndəliklərdə seçim yarışları mayın 1-2-də, 7 saylı nümayəndəlikdə isə mayın 2-3-də baş tutacaq. Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışı isə mayın 5-8-də Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək.

İkinci mərhələdə isə Regionlararası seçim yarışlarının nəticələrinə əsasən mayın 19-21-də yeniyetmələrin Azərbaycan çempionatı baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti