...

Qadın güləşçilərimiz dünya reytinqindəki mövqelərini qoruyublar

İdman Materials 8 May 2015 17:03 (UTC +04:00)
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il aprel ayında keçirilən yarışların nəticəsinə əsasən qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
Qadın güləşçilərimiz dünya reytinqindəki mövqelərini qoruyublar

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İlkin İzzət/

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il aprel ayında keçirilən yarışların nəticəsinə əsasən qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 6 güləşçimizin adı var. İlk onluqda yer alan güləşçilərimizin mövqeyində dəyişiklik baş verməyib. Mariya Stadnik (48 kq) 2-ci, Yuliya Ratkeviç (60 kq) 5-ci, Alyona Kolesnik (55 kq) isə 6-cı pillədə qərarlaşıb. Əvvəlki siyahıda yer almayan Nadya Muşka "Dan Kolov" turnirində qazandığı nəticə ilə reytinqdə 15-ci pilləyə yüksəlib.

48 kq

2. Mariya Stadnik - Dünya Kuboku 5-ci yer (2)

55 kq

6. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (6)

58 kq

16. İrina Netreba - Paris Qran Pri turniri 3-cü yer (11)

60 kq

5. Yuliya Ratkeviç - DÇ 2-ci yer (5)

11. Nataliya Sinişin - Dan Kolov turniri 1-ci yer (14)

69 kq

15. Nadya Muşka - Dan Kolov turniri 2-ci yer (nr)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti