...

"Qarabağ" çempion olduğu oyuna görə cəzalandırıldı

İdman Materials 19 May 2015 13:06 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının 34-cü turunun “Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
"Qarabağ" çempion olduğu oyuna görə cəzalandırıldı

Azərbaycan, Bakı, 19 may /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK-nin iclasında Azərbaycan Premyer Liqası klublarından təkcə "Qarabağ"ın cəzalandırılması ilə bağlı qərar verilib.

Azərbaycan Premyer Liqasının 34-cü turunun "Qarabağ" - "Sumqayıt" matçı başa çatdıqdan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti