...

Premyer Liqanın bombardiri mükafatlandırıldı

İdman Materials 28 May 2015 23:11 (UTC +04:00)
Azərbaycan Premyer Liqasıının 2014/2015 mövsümünün bombardiri "Bakı"nın hücumçusu Nurlan Novruzov olub.
Premyer Liqanın bombardiri mükafatlandırıldı

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünün bombardiri "Bakı"nın hücumçusu Nurlan Novruzov olub.

Trend PFL-ə istinadən məlumat verir ki, başa çatan mövsümdə hamıdan çox - 15 dəfə rəqib qapılarına yol tapan gənc hücumçu bu gün "Qəbələ" - "Bakı" (3:0) matçından sonra mükafatına qovuşub.

Bəstəboy bombardirə xüsusi mükafatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. R.Musayev gənc futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti