...

Qadın güləşçilərin reytinq siyahısında 5 idmançımız yer alıb

İdman Materials 4 İyun 2015 14:54 (UTC +04:00)
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il may ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.
Qadın güləşçilərin reytinq siyahısında 5 idmançımız yer alıb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il may ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 5 güləşçimizin adı var.

48 kq
2. Mariya Stadnik - Dünya Kuboku 5-ci yer (2)

55 kq
5. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (6)

60 kq
5. Yuliya Ratkeviç - DÇ 2-ci yer (5)
13. Nataliya Sinişin - Dan Kolov turniri 1-ci yer (11)

69 kq
15. Nadya Muşka - Dan Kolov turniri 2-ci yer (nr)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti