...

Avropa Parlamenti Blatteri vəzifəsini dərhal tərk etməyə çağırdı

İdman Materials 11 İyun 2015 18:00 (UTC +04:00)
Avropa Parlamenti FIFA prezidenti Yozef Blatteri səlahiyyətlərini onları müvəqqəti icra edəcək şəxsə həvalə etməklə vəzifəsini dərhal tərk etməyə çağırıb.
Avropa Parlamenti Blatteri vəzifəsini dərhal tərk etməyə çağırdı

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Avropa Parlamenti FIFA prezidenti Yozef Blatteri səlahiyyətlərini onları müvəqqəti icra edəcək şəxsə həvalə etməklə vəzifəsini dərhal tərk etməyə çağırıb. Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə AFP agentliyi xəbər yayıb.

Bu gün parlametin Strasburqda keçirilən sessiyasında müvafiq qətnamənin lehinə səs verilib.

Ötən gün qətnamə layihəsi bütün Avropa Parlamenti fraksiyaları tərəfindən imzalanıb, bu gün isə assambleya tərəfindən təsdiqlənib.

Qətnamədə FIFA rəhbərinin vəzifələrini icra edən şəxsin təyini barədə təklif və 2018 və 2022-ci illərdə dünya çempionatının keçirilməsi ilə bağlı ərizələri araşdırmaq məsələləri yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti