...

"Batumi Kuboku 2015" şahmat festivalı - Təmsilçilərimizin nəticələri

İdman Materials 9 İyul 2015 16:42 (UTC +04:00)
Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Kuboku 2015” beynəlxalq şahmat festivalında 7-ci turun oyunları başa çatıb.
"Batumi Kuboku 2015" şahmat festivalı - Təmsilçilərimizin nəticələri

Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Kuboku 2015" beynəlxalq şahmat festivalında 7-ci turun oyunları başa çatıb.

Festivalda Azərbaycan, Türkiyə, Avstraliya, Ermənistan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan və Gürcüstandan 14 qrossmeyster daxil olmaqla 282 şahmatçı iştirak edir. Yarış A, B və 8-10-12 yaşadək uşaqlar arasında keçirilir. Ölkəmzi bu yarışda 60 şahmatçı təmsil edir.

A qrupunda iştirak edən təmsilçilərimizdən Vüqar Rəsulov 7-ci turda İran şahmatçısı Şahin Lorparizangenehlə sülh bağlayaraq, 4.5 xalla liderlərdən yarım xal geri qalır.

B qrupunda mübarizə aparan təmsilçilərimizdən Zaur Bayramov 7 oyundan 6 xal toplayaraq liderlər qrupundadır. Tofiq Feyzullayev liderlərdən yarım xal az toplayaraq 5.5 xalla 6-ci pillədədir. Andrey Mustafin isə aktivinə 5 xal yazmaqla 7-15-ci yerləri bölüşdürürərək, əlavə göstəricilərə görə 12-ci yerdədir. Toğrul Həsənzadə, Fərid Aslanov və Oğuz Abışlı isə 4.5 xal toplayaraq 17-19-23-cü pillədə qərarlaşıblar.

12 yaşadək oğlanlar arasında Elşad Quluzadə, Şahin Hacıyev və Nihat Əsgərov hərəyə 4 xal toplayaraq 9-13-cü yerləri bölüşdürürlər.

Eyni yaşadək qızların yarışında İsmayıl Mələk 7 oyundan aktivinə 5 xal yazaraq 3-cü yerin sahibidir.

10 yaşadək oğlanlar arasında həmyerlilərimizdən Murad Musayev 5 xal toplayaraq 5-ci yerdədir. Emil Qocayev və Mirzəağa Məmmədzadə hərəyə 4.5 xal toplayaraq 9-11-ci yerləri bölüşdürürlər.

Raul Muxtarov 8 yaşadək oğlanların yarışında 7 oyundan 6 xal toplayaraq 1-2-ci yerləri bölüşdürür. 8 yaşadək qızların mübarizəsində təmsilçilərimizdən Xumar Məhərrəmova və Suada Abaszadə 4 xal toplayaraq 5-ci və 6-cı pillədə qərarlaşıblar.

Yarış İsveçrə sistemi ilə 9 turdan ibarətdir və iyulun 10-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti