Azərbaycan, Bakı, 7 avqust /Trend/
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Trend-in məlumatına görə, püşkatma mərasimində 20 komanda iştirak edib.
Püşkə əsasən, Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Seltik" pley-off mərhələsində İsveç çempionu "Malmö" ilə qarşılaşacaq.
Püşkün nəticələri:
"Astana" (Qazaxıstan) - APOEL (Kipr)
"Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya)
"Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)
"Bazel" (İsveçrə) - "Makkabi" (Təl-Əviv, İsrail)
BATE (Belarus) - "Partizan" (Serbiya)
"Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
"Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika)
"Sportinq" (Portuqaliya) - CSKA (Moskva, Rusiya)
"Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
"Valensiya" (İspaniya) - "Monako" (Fransa)
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 18-19 avqust, cavab görüşləri isə 25-26 avqust tarixlərində keçiriləcək.