...

Qapıçı karyerasının 130-cu qolunu vurdu (VİDEO)

İdman Materials 15 Avqust 2015 05:24 (UTC +04:00)
Qapıçılar arasında vurulan qollara görə dünya rekordçusu Rojerio Seni özünün 130-cu qolunu vurub.
Qapıçı karyerasının 130-cu qolunu vurdu (VİDEO)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Qapıçılar arasında vurulan qollar üzrə dünya rekordçusu Rojerio Seni özünün 130-cu qolunu vurub.

Trend-in lenta.ru saytına istinadən verdiyi məlumata görə, qapıçı Brazilya çempionatı çərçivəsində keçirilən "San-Paulu" - "Fiqeyrense" oyununda penalti zərbəsini dəqiq yerinə yetirərək, özünün 130-cu qolunu vurub. Oyunun nəticəsinə görə "San-Paulu" rəqib üzərində 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, cari ildə Rojerio meydanda 42 oyun keçirib. Bu oyunlar ərzində qapıçı penalti zərbələrindən 7 qol vurmağa nail olub.

Ümumilikdə, Rojerio meydanda 1245 oyun keçirərək 130 qol vurub. O, rəsmi olaraq Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası tərəfindən tarixdə ən çox qol vurmuş qapıçı kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti