...

Blatter Platinini qardaşına təzyiq göstərməkdə günahlandırır

İdman Materials 15 Avqust 2015 22:13 (UTC +04:00)
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Yozef Blatter Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) başçısı Mişel Platinini 80 yaşlı qardaşına təzyiq göstərməkdə günahlandırır.
Blatter Platinini qardaşına təzyiq göstərməkdə günahlandırır

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Yozef Blatter Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) başçısı Mişel Platinini 80 yaşlı qardaşına təzyiq göstərməkdə günahlandırır. Trend xəbər verir ki, bu barədə Y.Blatter Niderlandın "de Volkskrant" qəzetinə müsahibəsində bildirib.

Y.Blatter iddia edir ki, mayın 29-u Sürixdə baş tutan FIFA prezidenti postuna seçkilərdən əvvəl M.Platini qardaşı Peter Blatterə təzyiq göstərib. Müsahibədə FIFA prezidenti M.Platininin guya P.Blatterə dediyi sözləri çatdırıb: "Zeppə deyin, seçkilərə kimi getsin, əks halda həbsxanada yatmalı olacaq".

M.Platiniyə yaxın olan mənbə isə ittihamları təkzib edərək bildirib ki, bu cür davranışı ilə Y.Blatter "fikirləri FIFA-nın əsl problemlərindən uzaqlaşdırmağa" çalışır. Bununla yanaşı mənbə qeyd edib ki, M.Platini bu məlumata münasibət bildirməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti