...

Azərbaycan futbol ailəsinin 85000-ci üzvü

İdman Materials 10 Sentyabr 2015 15:24 (UTC +04:00)
Futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemində qeydiyyata alınanların sayı 85 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin 85000-ci üzvü

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin - qeydiyyat sistemində qeydiyyata alınanların sayı 85 min nəfərə çatıb.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 85000-ci üzvü AFFA-nın U-12 Liqasının iştirakçısı, "Neftçi" PFK-nın üzvü, 9 sentyabr 2004-cü il təvəllüdlü Elcan Rəşid oğlu Əbilovdur.

Qeyd edək ki, bu qeydiyyat sistemi AFFA tərəfindən 2009-cu ilin yanvar ayından yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti