Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Elmir Murad/
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında bu gün sərbəst üsulla güləşən pəhləvanlar mübarizəyə qoşulacaq.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu növdə ilk olaraq döşək üzərinə təmsilçilərimizdən Gəncə güləş məktəbinin yetirməsi Toğrul Əsgərov çıxacaq.
Olimpiya çempionu 65 kq çəki dərəcəsində qalib olmağa çalışacaq.