...

AFFA klubları cərimələdi

İdman Materials 15 Sentyabr 2015 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend qurumun saytına istinadən məlumat verir ki, iclasda Premyer Liqanın IV turunun oyunları ilə bağlı qərarlar qəbul olunub

Sentyabrın 13-də Premyer Liqanın IV turunun "Sumqayıt" - "Zirə" matçında "Zirə" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində "Sumqayıt" klubunun 18 №-li futbolçusu Aleksandr Çertoqanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

"Rəvan" - "Neftçi" matçının 56-ci dəqiqəsində "Neftçi" klubunun 6 №-li futbolçusu Ailton Fereira ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti