Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşünə təşrif buyurub.
Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşərək Dünya Kubokunun gedişatı ilə maraqlanıb.
Mötəbər yarışın təşkilatçılığını yüksək qiymətləndirən V.Doroxin finalda Rusiyanın iki şahmatçısının mübarizə apardığını xüsusi vurğulayıb.