...

AFFA "İnter"i 14 min manat cərimələdi

İdman Materials 6 Oktyabr 2015 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 7-ci turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.

Belə ki, oktyabrın 2-də Premyer Liqanın VII turunun AZAL - "Rəvan" matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Rəvan" klubunun baş məşqçisi Emin Quliyev oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub.

Oktyabrın 3-də "Zirə" - "Neftçi" matçının 47-ci dəqiqəsində "Neftçi" klubunun 19 №-li futbolçusu Fəhmin Muradbəyli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oktyabrın 4-də "Qəbələ" - "Xəzər Lənkəran" matçından sonra "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub.

"Kəpəz" - "Sumqayıt" matçının 76-cı dəqiqəsində "Sumqayıt" klubunun 2 №-li futbolçusu Slavik Alxasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"İnter" - "Qarabağ" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 90-cı dəqiqəsində "İnter" klubunun 79 №-li futbolçusu Giorgi Lomaya hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyunun 90+3 - cü dəqiqəsində "İnter" klubunun 14 №-li futbolçusu Zurab Xızanişvili hakimlər briqadasına qarşı təhqiredici jest və ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra "İnter" klubunun nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti