Azərbaycan, Bakı, 8 oktyabr /Trend/
Dünya Güləş Birliyi 2015-ci ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var. Ötən ay ABŞ-ın Las Veqas şəhərində keçirilmiş dünya çempionatında gümüş medal qazanan Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub. Bundan əvvəlki reytinq siyahısında 60 kq çəkidə 7-ci sırada qərarlaşan Yuliya Ratkeviç isə dünya çempionatında 58 kq-da qazandığı bürünc medal sayəsində bu çəkidə 4-cü sıranı tutub.
Dünya çempionatını 5-ci sırada tamamlayan Anjela Doroqan da mövqeyini yaxşılaşdırıb və siyahıda 6-cı yerə yüksəlib. Onluğa düşən daha bir güləşçimiz isə İrina Netrebadır. O, 60 kq çəki dərəcəsində reytinq siyahısının 5-ci pilləsində qərarlaşıb.
48 kq
2. Mariya Stadnik - dünya çempionatı 2-ci yer (2)
53 kq
6. Anjela Doroqan - dünya çempionatı 5-ci yer (10)
55 kq
11. Nataliya Sinişin - Avropa Oyunları 3-cü yer (2)
15. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (6)
58 kq
4. Yuliya Ratkeviç - dünya Çempionatı 3-cü yer (7@60 kq)
60 kq
5. İrina Netreba - Polşa turniri 3-cü yer (14@58 kq)
63 kq
14. Nadya Muşka - Polşa turniri 2-ci yer
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.