Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Bu gecə Çempionlar Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçirilib.
Trend-in məlumatına görə, Türkiyə təmsilçisi "Qalatasaray" Portuqaliyanın "Benfika" komandasını qəbul edib.
İkinci dəqiqədə qapısınından top buraxsada, Həmzə Həmzəoğlunun komandası cavab olaraq iki qol vurub, nəticədə qalib gəlib - 2:1.
Qollar: Qaytan, 2 (0:1), Səlcuk İnan, 19-pen. (1:1), Padolski, 33 (2:1)
Qeyd edək ki, Qalatasaray hal-hazırda 4 xalla 3-cü yerə qərarlaşıb.