...

"Neftçi"nin futbolçusu cəzalandırıldı

İdman Materials 27 Oktyabr 2015 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

Premyer Liqanın IX turunun AZAL - "Neftçi" matçının 90+4-cü dəqiqəsində "Neftçi" klubunun 3 №-li futbolçusu Jairo Rodriges sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti