...

Boksçularımız Avropa çempionatını uğurla başa vurdular (FOTO)

İdman Materials 1 Dekabr 2015 17:24 (UTC +04:00)
Boks üzrə gənclərin Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışları ilə bir daha Avropanın ən güclülərindən olduqlarını nümayiş etdiriblər.
Boksçularımız Avropa çempionatını uğurla başa vurdular (FOTO)

Bakı. Trend:

Polşanın Kolobjek şəhərində boks üzrə gənclərin Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışları ilə bir daha Avropanın ən güclülərindən olduqlarını nümayiş etdiriblər.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, boksçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ruslan Rüstəmov yarımfinala qədər uğurla irəliləyib. Bu mərhələdə boksçumuzun rəqibi erməni idmançı Alen Danielyan olub. R.Rüstəmov rəqibini məğlub edərək Avropa çempionatının finalına yüksəlib. Finalda boksçumuzun rəqibi irlandiyalı Stefan Makkenna olub. Güclü rəqibini məğlub edən R.Rüstəmov qalib gələrək Avropa çempionu olub. İdmançımız, eyni zamanda Avropa çempionatının ən texnikalı boksçusu seçilib.

60 kq-da çıxış edən idmançımız Elməddin İsmayılov Avropa çempionatını bürünc medalla başa vurub. 69 kq çəki dərəcəsində yarışan təmsilçimiz İsmayıl Hüseynov isə qızıl medal uğrunda görüşdə boksçumuz irlandiyalı Maykl Nevinlə qarşılaşmalı olsa da, idmançımızın zədələnməsi bu görüşə çıxmasına imkan verməyib.

Beləliklə, Azərbaycan komandası Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti