...

Qadın güləşçilərimiz Ukraynada (FOTO)

İdman Materials 8 Fevral 2016 19:17 (UTC +04:00)
8-13 mart 2016-cı il tarixdə Latviyanın Riqa şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.
Qadın güləşçilərimiz Ukraynada (FOTO)

Bakı. Trend:

8-13 mart 2016-cı il tarixdə Latviyanın Riqa şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionata hazırlaşan qadın güləşi üzrə yığma komandamızın üzvləri Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıqları davam etdirirlər. Yığmamızın üzvləri ilə yanaşı, Ukrayna, Macarıstan, Braziliya və Böyük Britaniya güləşçiləri də təlim-məşq toplantısında iştirak edirlər.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Kiyevə yollanan yığmanın heyətində Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq) və Yuliya Ratkeviç (58 kq) yer alıblar.

Fevralın 1-dən başlayan təlim-məşq toplanışı ayın 11-də başa çatacaq. Daha sonra yığma komandanın üzvlərinin 13-14 fevral 2016-cı il tarixdə Kiyevdə keçiriləcək beynəlxalq turnirdə iştirakı planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti