...

İspan gimnastlar iki medal qazanmağa ümid edirlər

İdman Materials 17 Fevral 2016 16:06
İspaniyalı gimnastlar fevralın 19-21-də Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda medallar qazanmağa ümid edirlər.
İspan gimnastlar iki medal qazanmağa ümid edirlər

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

İspaniyalı gimnastlar fevralın 19-21-də Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda medallar qazanmağa ümid edirlər. Bunu Trend-ə idman gimnastikası üzrə İspaniya yığmasının baş məşqçisi Fernando Siskar deyib.

O, yarışların dörd növü üzrə finala çıxa biləcəklərinə və iki medal qazanacaqlarına ümid edir.

I Avropa Oyunlarında iştirak etmək üçün daha əvvəl Bakıya gəldiklərini xatırladan baş məşqçi ispaniyalı idmançı Rayderley Migel Sapata Santananın həmin vaxt sərbəst hərəkətlərdə qızıl medal qazandığını bildirib: "Buna görə də Milli Gimnastika Arenası bizə tanışdır, arenanın yarışlar üçün ideal olduğunu hesab edirik və uğurlarımızı təkrarlamaq istərdik".

F.Siskar ispaniyalı idmançıların bu günün ikinci yarısında məşqlərə başlayacağını deyib: "Biz səhər saatlarında gəlmişik, bütün gecəni yolda keçirmişik, buna görə də gimnastlara istirahət vermişik. Günün ikinci yarısında məşqlərə başlayacağıq ki, idmançıları formaya salaq".

Dünya Kuboku - ümumdünya gimnastika təqvimində mühüm hadisələrdən biridir, buna görə də Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz nümayəndəsini - Kişi İdman Gimnastikası üzrə Texniki Komitənin Almaniyadan olan üzvü Holqer Albrexti Bakıya ezam edəcək. O, alman dəqiqliyi ilə yarışların gedişatını izləyəcək və bu subyektiv idman növündə hakimlərin qərəzsizliyinə nəzarət edəcək. Bakıya, həmçinin FIG-nin Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti və Olimpiya Çempionu Nelli Kim (Belarus) də səfər edəcək.

Bakıdakı turnir yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Müxbir və televiziya jurnalistlərini Dünya Kubokuna ezam edən Yaponiyada yarışların geniş işiqlandırılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti