...

Macarıstanlı gimnast: Bakıda yarış üçün şərait Rio de Janeyrodakından pis deyil

İdman Materials 20 Fevral 2016 23:01 (UTC +04:00)
Bakıda yarış üçün yaradılan şərait Rio de Janeyroda yaradılacaq şəraitdən heç də pis deyil.
Macarıstanlı gimnast: Bakıda yarış üçün şərait Rio de Janeyrodakından pis deyil

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda yarış üçün yaradılan şərait Rio de Janeyroda yaradılacaq şəraitdən heç də pis deyil. Bunu Trend-ə Macarıstandan olan gimnast Dorina Bokzoqo deyib.

Onun sözlərinə görə, Azərbaycan idman gimnastikasının inkişafı üçün lazım olan bütün tədbirləri görür.

"Mən birinci Avropa oyunlarında iştirak etmişəm, indi ikinci dəfə gəlirəm və Bakıda yarışmaların necə keçirildiyinə təəccüblənməyə davam edirəm. Burada yaradılan şərait Rioda Olimpiya oyunlarında olacaq şəraitdən heç də pis deyil. Bu qürur duymaq üçün əla səbəbdir", - deyə gimnast bildirib.

O qeyd edib ki, özünün təsnifatda çıxışları ilə ümumilikdə razıdır: "Ancaq bütün idmançılar güclüdür, medal qazanmaq üçün çalışmaq lazımdır."

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 19-21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti