...

Rusiyalı idmançılar: Bakıdakı Milli Gimnastika Arenasına daim qayıtmaq istəyirsən

İdman Materials 4 Mart 2016 14:13 (UTC +04:00)
Bakıdakı gimnastika arenası valehedicidir və bura daim qayıtmaq istəyirsən.
Rusiyalı idmançılar: Bakıdakı Milli Gimnastika Arenasına daim qayıtmaq istəyirsən

Bakı. Maksim Tsurkov - Trend:

Bakıdakı gimnastika arenası valehedicidir və bura daim qayıtmaq istəyirsən. Bunu Trend-ə rusiyalı batutçular Dmitri Uşakov və Mixail Melnik deyiblər.

Rusiyalı idmançılar Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda fərdi və sinxron çıxışlarda iştirak edəcəklər.

M.Melnik bildirib: "Biz dünyanın güclü idmançıları ilə yarışmaq və ilk üçlüyə daxil olmağa çalışmaq məqsədilə buraya gəlmişik. Bu Dünya Kubokunu çoxdan gözləyirdik və onun Bakıda keçirilməsi xoşumuza gəlir. Ötən il burada Avropa Oyunlarında olmuşuq, Oyunlar əla təşkil edilmişdi".

D.Uşakov isə qeyd edib ki, yarışlarda yaxşı iştirak etməyi gözləyir: "Rəqiblərin nə hazırladığını görmək və öz kombinasiyalarımızı yoxlamaq istərdik. Milli Gimnastika Arenasına qayıtmaq çox xoşdur. Bura yenidən qayıtmaq istəyirsən. 2018-ci ildə burada Avropa çempionatının keçiriləcəyi də çox yaxşı xəbərdir".

Qeyd edək ki, martın 5-6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcəklər.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti